“Neft Daşları” yatağında əsaslı təmir edilən quyulardan biri istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağında əsaslı təmir edilən quyulardan biri istismara verilib

23:28 - 18 / 01 / 2017
“Neft Daşları” yatağında əsaslı təmir edilən quyulardan biri istismara verilib

“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

1news.az

 

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər