“WhatsApp”da yeni dələduzluq ismarışı yayılmağa başlayıb - Ehtiyatlı olun!
“WhatsApp” messencerində bəzi işbazların yeni dələduzluğu aşkarlanıb.
1news.az Tecxhnote-yə istinadən xəbər verir ki, həmin ismarışda dələduzlar, istifadəçiləri pulsuz internet ilə təmin edəcəklərini bildirirlər.
İsmarışda müəmmalı tətbiqi yükləmək üçün link yerləşdirilir. Guya həmin tətbiq istifadəçilərə internetdən pulsuz yararlanmağa imkan verəcək.
Dələduzlar həmin tətbiqi şəbəkəyə qoşulmaq üçün inqilabi texnologiya adlandırırlar. Sözügedən xidmətin aktivləşdirilməsi üçün dələduzlar həmin ismarışın daha 13 nəfərə göndərilməsini tələb edirlər. Linkə daxil olduqda isə istifadəçi “WhatsApp” dəbində hazırlanmış kənar mənbəyə keçid əldə edir.
Kənar mənbədə pulsuz internet ilə bağlı saxta rəylər yerləşdirilib və əslində zərərli olan bir neçə tətbiqin yüklənmə təklifi qeyd olunub. Həmin zərərli tətbiqlər vasitəsilə dələduzlar istifadəçilərin bank kartı məlumatlarını oğurlayırlar.
Biz, istifadəçiləri bu cür ismarışlara fikir verməmələrini tövsiyyə edirik.
1news.az