“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalın güclülər liqasına çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalın güclülər liqasına çıxıb

18:36 - 22 / 01 / 2017
“Bakı Yığması” Soçidəki 28-ci beynəlxalq festivalın güclülər liqasına çıxıb

“Şən və Hazırcavablar klubları”nın Rusiyanın Rusiyanın Soçi şəhərində keçirilən  28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən “Bakı Yığması” güclülər liqasına çıxıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov xəbər verib:

“Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin!” - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb.

1news.az

Paylaş:
512

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər