Tacikistan DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasın | 1news.az | Xəbərlər
Dünya

Tacikistan DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasın

15:56 - 24 / 01 / 2017
Tacikistan DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasın

Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin bütün qurumlarına xüsusi tapşırıq göndərilib.

Jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib.

Rəhimzodə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilərinin beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalı olduğunu vurğulayıb.

1news.az

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər