Pnevmoniya xəstəliyinin diaqnostikası üçün “ağıllı” gödəkcə icad edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pnevmoniya xəstəliyinin diaqnostikası üçün “ağıllı” gödəkcə icad edilib

20:08 - 24 / 01 / 2017
Pnevmoniya xəstəliyinin diaqnostikası üçün “ağıllı” gödəkcə icad edilib

"Ağıllı" cihazların sayı saatbasaat artır və sözügedən qurğulardan yalnız gündəlik məsələlərin həllində deyil, həm də təhlükəli vəziyyətlərin diaqnostikasında istifadə etmək mümkündür. Məsələn, uqandalı mühəndislər qrupu bu yaxınlarda pnevmoniyanın diaqnostikası üçün gödəkcə icad ediblər.

1news.az ICTnews-a istinadən xəbər verir ki, yeni qurğunun yaradılması ideyası Uqanda Universitetinin doktoru Oliviya Koburonqo tərəfindən verilib və cihaz "Mama-Ope" (“ana ümidi”) adlandırılıb.

Bu ad təsadüfi seçilməyib: belə ki, hər il Uqandada pnevmoniyadan 24  mindən çox uşaq dünyasını dəyişir. Uqanda malyariya xəstəliyinin yayılması üzrə endemik regiondur və çox vaxt ağciyər xəstəliyinin təzahürü parazit infeksiyası kimi qəbul edilir. Bu halda lazımi testlərdən keçmək imkanı sadəcə yoxdur.

Pasiyenti yoxlamaq üçün gödəkcəni geyinmək lazımdır. Bundan sonra gödəkcə hərarəti, tənəffüs hərəkətlərinin tezliyini ölçəcək, ağciyərlərin auskultasiyasını və ürəyin işini yoxlayacaq və toplanılmış məlumatları “Bluetooth” texnologiyasının köməyi ilə xüsusi mobil tətbiqə göndərəcək. "Mama-Ope" qurğusunun prototipi pnevmoniya xəstəliyinə həkimdən üç dəfə daha sürətli diaqnoz qoyur və müəlliflər hazırda "ağıllı" gödəkcənin kliniki sınaqlarının keçirilməsi və tibbi cihazın kütləvi istehsala buraxılması üzərində işləyirlər.

1news.az

Paylaş:
787

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər