Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi açıqlanıb
2016-cı ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 59987,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2016-cı ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı hesabatında qeyd olunub.
Məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalması olub.
Əlavə dəyərin 37,4 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 18,0 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6223,8 manata bərabər olub.
1news.az