Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi | 1news.az | Xəbərlər
Futbol

Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

12:43 - 24 / 01 / 2017
Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, millimizin üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası öz meydanında “Kovilya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib.

Həmyerlimiz meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 23 turdan sonra hesabında 26 xalı olan “Sportinq B” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər