Kapital Bank yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətini təqdim etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətini təqdim etdi

12:55 - 24 / 01 / 2017
Kapital Bank yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətini təqdim etdi

Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yenilənmiş Mobil və İnternet  Bankçılıq xidmətini təqdim edir.

Belə ki, bank geniş imkanlara malik, lakin istifadədə daha sadə olan yenilənmiş Mobil Bankçılıq xidmətini müştərilərin istifadəsinə verib. Azərbaycanda ilk dəfə olaraq müştərilər https://e-kapitalbank.az/  saytına daxil olub, 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən plastik kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Mobil Bankçılıq xidməti vasitəsilə Kapital Bank müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.

Bundan başqa, tətbiq vasitəsilə kommunal/ rabitə ödənişlərini həyata keçirmək, kart və digər hesablara köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, həmçinin virtual kart sifariş etmək mümkündür. Daha ətraflı məlumat və tətbiqi yükləmək üçün - https://kapitalbank.az/internet-banking

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
716

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər