Araz Əlizadə: Fransa, Almaniya və digər Skandinaviya ölkələrində müavinətlər azaldılır, biz də isə artırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Araz Əlizadə: Fransa, Almaniya və digər Skandinaviya ölkələrində müavinətlər azaldılır, biz də isə artırılır

17:22 - 25 / 01 / 2017
Araz Əlizadə: Fransa, Almaniya və digər Skandinaviya ölkələrində müavinətlər azaldılır, biz də isə artırılır

Məlum olduğu kimi, yaxın günlərdə Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. 

Fərmana əsasən, yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (ailənin hər bir üzvü üçün) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin fikrincə, bu fərmanın imzalanması doğru addımdır, belə ki, məcburi köçkünlər sosial vəziyyətlərilə bağlı şikayətlənirlər, onlar arasında ehtiyaclılar da çoxdur: 

 “Dövlət başçısı bu fərmanı imzalamaqla çox doğru və müdrik addım atıb”.

A.Əlizadənin sözlərinə görə, indi bütün dünyada, eləcə də Azərbaycanda iqtisadi vəziyyət əlverişli deyil. Və bu cür müavinələrin məcburi köçkünlərə verilməsi yaxşı haldır:

“Fransa, Almaniya və digər Skandinaviya ölkələrində müavinətlər azaldılır, biz də isə artırılır”.

Bu kateqoriyadan olan təminatlı vətəndaşlar da müavinət ala bilərmi sualına cavab verən deputata bildirib ki, bu, həmin məcburi köçkünlərin öz vicdanından asılıdır:

“Təmin olunmuş məcburi köçkünlər öz həmyerliləri, qonşu və qohumlarına həmrəy olaraq kasıbların xeyrinə imtina etsə, yaxşı olar”.

Deputat həmçinin məcburi köçkünlərin yaşadıqları yerlərdə sayğacların quraşdırılması qərarı ilə bağlı fikrini bildirib:

“Çoxdan sayğacları quraşdırmaq lazımdır. Bunların quraşdırılmasında sonra xərclər istifadə üzrə hesablanacaq”.

Qeyd edək ki, məcburi köçkünlər üçün güzəştlər – ay üzrə bir nəfərə görə 150 kVt/saat elektrik, 35 kubmetr qaz, 5 kubmetr su, ərzaq, eləcə də məişət tullantılarının daşınması və ev telefonu ödənişindən azad edilirlər. Bundan əlavə, məcburi köçkün ailələrindən olan uşaqları universitetə qəbul olarakən ödənişdən azad edilirlər.

Yanvarın 24-də AzTV-yə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək:

“Fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər”.

Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir.

“Həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.

1news.az

Paylaş:
595

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər