“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb | 1news.az | Xəbərlər
Siyasət

“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb

14:46 - 26 / 01 / 2017
“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb

ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyi barədə məqaləsi dərc edilib.

Müəllif yazır ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna görə Ermənistan ilə Azərbaycan arasında dondurulmuş münaqişə ətrafında vəziyyət ABŞ-ın xarici siyasəti üçün mühüm elementlərdən biridir. Ekspert Ermənistanın Azərbaycana təcavüzündən yazarkən qeyd edir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıb və bu ərazidəki Azərbaycan əhalisini qırıb. ATƏT-in Minsk qrupunun köməyi ilə bir neçə dəfə razılaşma əldə etmək cəhdi olub, amma uğursuzluqla nəticələnib.

Bu yaxınlarda erməni əsgərləri Ermənistan-Azərbaycan sərhədini keçərək, Azərbaycanın mövqelərinə hücum ediblər. C.Emler yazır ki, Ermənistan mediası hücumun Azərbaycanın xüsusi təyinatlı dəstəsi tərəfindən olduğunu əsaslandırmağa çalışaraq, vəziyyəti təhrif edib və öldürülmüş, lakin yanında heç bir xüsusi təchizatı olmayan Azərbaycan əsgərinin fotosunu dərc edib.

Bu hadisə Ermənistanın 2016-cı ilin aprelində təcavüzünün davamı olub. Onda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərib, nəticədə ərazisinin xeyli hissəsini, o cümlədən strateji yüksəklikləri azad edib.

AZƏRTAC

 

Paylaş:
461

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər