Meksika prezidenti ABŞ səfərindən imtina edib | 1news.az | Xəbərlər
Dünya

Meksika prezidenti ABŞ səfərindən imtina edib

23:25 - 26 / 01 / 2017
Meksika prezidenti ABŞ səfərindən imtina edib

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq  üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib. 

 Bu barədə  Enrike Penya Nyeto Twitter səhifəsində bildirib.

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: “Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.    

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

“Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib.

RİA Novosti

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər