Bakıda 2 kq civəni satmaq istəyən şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 2 kq civəni satmaq istəyən şəxslər tutulub

13:56 - 27 / 01 / 2017
Bakıda 2 kq civəni satmaq istəyən şəxslər tutulub

Bakıda 2 kiloqrama yaxın civəni satmaq istəyən şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ)  və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.

1news.az

 

Paylaş:
1159

Son xəbərlər

Bütün xəbərlər