Baş nazirin müavini: “Cəmiyyət ciddi islahatlar mərhələsindədir” | 1news.az | Xəbərlər
Siyasət

Baş nazirin müavini: “Cəmiyyət ciddi islahatlar mərhələsindədir”

13:48 - 28 / 01 / 2017
Baş nazirin müavini: “Cəmiyyət ciddi islahatlar mərhələsindədir”

“Hər il ölkəmizdə əhali orta hesabla 1,3% artır. 25-30 il əvvəl Azərbaycanda 7 milyon əhalisi var idisə, bu gün əhalinin sayı 10 milyona yaxınlaşıb”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov YAP Gənclər Şurasının ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycan əhali arasında gənclərin çəkisi yüksək olan ölkələrdən biridir:

“Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mühüm işlər görülüb. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox cəsarətli layihə həyata keçirilir. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi öz müsbət nəticələrini göstərəcək. Gənclərimizin mənzillə təmin edilməsi sahəsində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq, əhali üçün etibarlı səhiyyə sistemi təmin ediləcək”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda islahatların yeni mərhələsi başlayır:

“Biz əvvəl müəyyən olunmuş hədəflərə çatmışıq, artıq islahatlar yeni mərhələyə qədəm qoyur. Azərbaycan dəyişikliklər dövrünü yaşayır. Müstəqil Azərbaycanın əldə etdiyi ən ümdə nailiyyətlərdən biri gənc nəslin yetişməsidir. Biz yeni dəyişikliklər mərhələsinə çatmışıq. Cəmiyyət ciddi islahatlar mərhələsindədir”.

1news.az

Paylaş:
536

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər