ETSN-dən bəzi KİV-lərdə yayılan xəbərlərə reaksiya: “Təəssüf ki...” | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN-dən bəzi KİV-lərdə yayılan xəbərlərə reaksiya: “Təəssüf ki...”

20:08 - 28 / 01 / 2017
ETSN-dən bəzi KİV-lərdə yayılan xəbərlərə reaksiya: “Təəssüf ki...”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi KİV-lərdə Hesablama Palatasının  yoxlamalarının nəticələri barədə yayılmış xəbərlərə münasibət bildirib.

1news.az nazirliyə istinadən xəbər verir ki, məlumatda 2016-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə qurumunda Hesablama Palatası tərəfindən planauyğun olaraq növbəti audit yoxlamasının keçirildiyi bildirib.

Qeyd edilib ki, 2014-2016-cı illəri əhatə edən audit yoxlaması zamanı Nazirliyin bir sıra tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzərdən keçirilib, mühasibat uçotu qaydaları yoxlanılıb:

“Aparılan auditin nəticələrinə görə, maliyyə pozuntusu faktı qeydə alınmayıb, bəzi xırda qüsurlar müşahidə edilib, bununla bağlı Palata tərəfindən yoxlama aparılan qurumlara göstəriş xarakterli tövsiyələr verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb.

Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayiət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlar olduğundan yoxlamalar nəticəsində heç bir məsul şəxs rəsmi qaydada cəzalandırılmayıb.  Məsələn, Milli Geoloji Kəşfiyyat Xidmətində qeydə alınan qüsurlardan biri başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatların vaxtında Arxiv Fonduna təhvil verilməməsi ilə bağlı uyğunsuzluqdan ibarətdir. Daha açıq şəkildə və qeyri-maliyyə dili ilə desək, bu o deməkdir ki, nəticələr istənilən dövlət və özəl qurum üçün hazır vəziyyətdədir, lakin onu təhvil verərkən mühasibat uçotunda müvafiq qeyd aparılmayıb (bu, ona bərabərdir ki, biri aldığı borcu qaytarıb, borcu qaytarılan adam bunu bilir, özündə qeyd edib, lakin borcu qaytaran isə öz dəftərində bunun qeydiyyatını aparmayıb). Yaxud bəzi ekspedisiyalar tərəfindən Milli Mühasibat Uçotu Standartlarına uyğun maliyyə hesabatları tərtib edilməməsi irad tutulub. Belə xırda qüsur və nöqsanlar olduğundan Hesablama Palatası Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib və  müəyyən edilmiş digər xırda nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verib”, - deyə məlumatda bildirilir.

Meşələrin İnkişafı Departamentində də aparılan audit yoxlamada təxminən eyni qəbildən qüsurların aşkarlandığı bildirilir:

“Məsələn, əmək haqqı hesablanarkən bir neçə əməkdaşın əmək haqqından ümumilikdə 290 manat məbləğındə gəlir vergisinin səhvən tutulmadığı müəyyən edilib. Bu da xırda nöqsan kimi qeydə alınıb və həmin vəsaitin büdcəyə qaytarılması təmin olunub.

Ümumiyyətlə, həyata keçirilən maliyyə-audit yoxlamalarından asılı olmayaraq ETSN-nin bütün tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzarətdədir və buna görə də bütün tabeli qurumların hamısında büdcə vəsaitlərindən səmərəli istifadə olunur və hər il xeyli miqdarda pul büdcəyə geri qaytarılır.

Ümumilikdə nazirlik tərəfindən 2014-cü ildə 3 milyon 526 min manat, 2015-ci ildə 7 milyon 794 min manat, 2016-cı ildə 4 milyon 679 min manat büdcə vəsaitinə qənaət edilərək büdcəyə geri qaytarılıb. Buna baxmayarq ETSN tərəfindən mövcud qənaətli büdcə çərçivəsində müvafiq illər üzrə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, yenidənqurma işləri davamlı olaraq həyata keçirilib.

Büdcədən ayrılmış vəsaitə qənaət edilməklə yanaşı, eyni zamanda son illərdə büdcədən heç bir əlavə vəsait istənilmədən Nazirliyin cərimə və iddialardan daxil olan büdcədənkənar vəsaitləri hesabına təkcə hidrometeorologiya və ətraf mühitin monitorinqi şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılması, verilən proqnozların keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 1 milyon 465 min manatlıq avtomatlaşdırılmış meteoroloji və monitorinq stansiyaları alınaraq bütün respublika ərazisində quraşdırılıb.

Təəssüf ki, bəzi saytlarda Hesablama Palatasının Respublika miqyasında apardığı yoxlamaların nəticələri barədə yaydığı ənənəvi məlumatlar sensasiya xatirinə yanlış istiqamətdə yozulur və ya məlumatın mahiyyəti dəyişdirilərək ictimai fikirdə çaşqınlıq yaradılır. Maliyyə və mühasibat işindən anlamadan mahiyyəti yanlış istiqamətə yozanlar üçün ümid edirik ki, yuxarıda qeyd edilən məntiqi arqumentlər, faktlar və rəqəmlər yetərli olacaq”.

1news.az

Paylaş:
590

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər