İspaniyada “3D” printerdə çap edilmiş dünyada ilk piyada körpüsü istifadəyə verilib
İspaniyanın Alkobendas şəhərində tamamilə “3D” printerdə çap edilmiş dünyada ilk beton körpü təqdim edilib.
1news.az ICTnews-a istinadən xəbər verir ki, Kastiliya-La-Mança şəhər parkında qurulmuş körpünün uzunluğu 12, eni isə 1.75 metrdir.
Layihənin dizaynı Kataloniya Müasir Arxitektura İnstitutu tərəfindən hazırlanıb. Körpü üzvi və biomimetik arxitektura stilində yaradılmış səkkiz ayrı-ayrı hissədən ibarətdir.
“3D” çap texnologiyası materialın artığını təkrarən istifadəyə, istənilən forma və çətinlikdə obyektlər yaratmağa imkan verir. Canlı orqanizmlərin toxumalarını imitasiya edən struktur çap edilmiş məhsulları çox möhkəm edir.
Çap texnologiyası ilə hazırlanmış körpüyə cavabdeh şirkət rəsmisinin sözlərinə görə, ilk uğurlu layihə yaxın gələcəkdə İspaniyada “3D” printerdə yaradılmış yeni şəhər obyektlərinin yaradılacağına ümid verir.
1news.az