Trampın müsəlmanlarla bağlı fərmanı müvəqqəti təxirə salındı | 1news.az | Xəbərlər
Dünya

Trampın müsəlmanlarla bağlı fərmanı müvəqqəti təxirə salındı

15:40 - 29 / 01 / 2017
Trampın müsəlmanlarla bağlı fərmanı müvəqqəti təxirə salındı

Nyu-York federal məhkəməsi ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanın icrasını müvəqqəti təxirə salıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərara əsasən, hava limanlarında saxlanılan şəxslər öz ölkələrinə göndəriləcəklər.

Federal məhkəmənin hakimi Ann Donnelli fərmanın qarşısı alına bilməyəcək zərərə səbəb olacağını bildirərək Amerikaya girişlərinə məhdudiyyət qoyulan ölkələrin vətəndaşlarının müvəqqəti olaraq ABŞ-da qalması ilə bağlı qərar verib.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər