Norveçin Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın rəhbərlik edəcək | 1news.az | Xəbərlər
Dünya

Norveçin Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın rəhbərlik edəcək

16:01 - 29 / 01 / 2017
Norveçin Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın rəhbərlik edəcək

Norveçin Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbəri vəzifəsinə qadın təyin olunub.

1news.az “Report”a istinadən xəbər verir ki, 49 yaşlı general-mayor Tonye Skinnarland ölkə tarixinə HHQ-nin rəhbəri vəzifələrini icra edəcək ilk qadın kimi düşüb.

O, 2016-cı ilin oktyabr ayında xələfinin vəfatından sonra faktiki olaraq Norveç HHQ-nin rəhbəri vəzifələrini icra edirdi.

Skinnarlandın orduda ümumi iş təcrübəsi 30 ildir.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər