Yəməndə bir gündə 100-dən çox insan öldürüldü | 1news.az | Xəbərlər
Dünya

Yəməndə bir gündə 100-dən çox insan öldürüldü

16:43 - 29 / 01 / 2017
Yəməndə bir gündə 100-dən çox insan öldürüldü

Son 24 saat ərzində Yəməndə hökumət qüvvələri və qiyamçı husilər arasında silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, 90 qiyamçının cəsədi Xodeyda şəhər xəstəxanasına, hökumət qüvvələrinin 19 hərbçisinin cəsədi isə Ədən körfəzi sahilindəki Ədən şəhər xəstəxanasına gətirilib.

ABŞ-ın Yəmənin Əl-Beyda əyalətində pilotsuz təyyarələr və vertolyotlar vasitəsi ilə zərbə endirməsi nəticəsində isə 41 "Əl-Qaidə" terrorçusu öldürülüb, 16 dinc sakin həyatını itirib.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər