Fransa XİN rəhbəri Trampı miqrasiya siyasətini sərtləşdirdiyi üçün tənqid edib | 1news.az | Xəbərlər
Dünya

Fransa XİN rəhbəri Trampı miqrasiya siyasətini sərtləşdirdiyi üçün tənqid edib

17:04 - 29 / 01 / 2017
Fransa XİN rəhbəri Trampı miqrasiya siyasətini sərtləşdirdiyi üçün tənqid edib

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ prezidenti Donald Trampı miqrasiya siyasətini sərtləşdirməsi ilə əlaqədar tənqid edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Fransa xarici işlər naziri terrorizm təhlükəsi qarşısında qorxunun qaçqınları yerləşdirməkdən imtina etməyə əsas ola bilmədiyini söyləyib.

Jan-Mark Eyro bildirib ki, qaçqınların qəbulu həmrəylikdən doğan borcdur:

“Terrorizmin vətəndaşlığı yoxdur. Diskriminasiya cavab ola bilməz”.

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Bu müddət başa çatdıqdan sonra ABŞ il ərzində sığınacaq verəcəyi miqrantların sayı 50 min nəfərdən çox olmayacaq.

1news.az

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər