İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub: ölənlər var

17:46 - 29 / 01 / 2017
İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub: ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində təbii fəlakət baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib.

Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb. Ümumilikdə  15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasetmə işləri davam etdirilir.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər