Məşhur DJ arvadı ilə dalaşdı və intihar etdi
Rusiyanın ən məşhur DJ-lərindən biri, 41 yaşlı Sergey Tkaçenko intihar edib.
1news.az milli.az-a istinadən xəbər verir ki, o, Moskvanın Şmit döngəsində yerləşən binanın 17-ci mərtəbəsindəki mənzilinin pəncərəsinə çıxaraq özünü atıb.
Qonşuların dediyinə görə, S.Tkaçenko arvadı ilə dalaşandan sonra pəncərəyə çıxıb, bir neçə dəqiqə orada durub, sonra özünü aşağı atıb.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Sergey Tkaçenko "Jeff" kimi tanınan Dj və prodüser, habelə "Soho Romms" gecə klubunun sahiblərindən biri idi.
1news.az
921