Maşallah Əhmədov məhkəmə zalında həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Maşallah Əhmədov məhkəmə zalında həbs edildi

13:21 - 30 / 01 / 2017
Maşallah Əhmədov məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm elan olunub.
 
Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
 
Hökmdən əvvəl isə Maşallah Əhmədov son söz deyib.
 
O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə İran İslam Respublikasından daş gətirib: "İş ortaqlığımız vardı. Ancaq sözümüz düz gəlmədiyi üçün ayrıldıq. Mən ona dəymiş ziyana görə 3 sot torpaq sahəsi vermişəm, daşları qaytarmışam. Ancaq o özü, mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldu. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və iki "KamAZ" daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir".

M.Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi təklif edib. Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.

Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
  
M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

1news.az

Paylaş:
452

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər