Qubada ata 13 yaşlı qızını öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada ata 13 yaşlı qızını öldürüb

15:54 - 31 / 01 / 2017
Qubada ata 13 yaşlı qızını öldürüb

Quba rayonu Alpan kəndində qətl hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Atanın ruhi xəstə olduğu bildirilir.

Əşrəf Süleymanov Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər