Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıblar | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıblar

18:58 - 01 / 02 / 2017
Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıblar

Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə  atəşkəs rejimini pozub. 

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

1news.az

 

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər