Səfir: Azərbaycanda olan tolerant mühit digər ölkələr üçün örnək olmalıdır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanda olan tolerant mühit digər ölkələr üçün örnək olmalıdır – FOTO

20:24 - 01 / 02 / 2017
Səfir: Azərbaycanda olan tolerant mühit digər ölkələr üçün  örnək olmalıdır – FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Kroftsu qəbul edib.

1news.az-ın məlumatına görə, qonağı səmimi salamlayan M.Qurbanlı Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir.

Azərbaycan  əhalisinin 96 faizinin müsəlman, 4 faizinin qeyri-müsəlman olduğunu diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, sovetlər dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün ölkədə 2100-dən çox məscid var. Məscidlərin və digər dini ibadət yerlərinin tikintisi və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir. Bu proses ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlayıb və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir.

Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib.

Komitə sədri bildirib ki, şəriət və dinlə bağlı digər məsələləri mərkəzləşmiş qaydada Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü biruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Eyni zamanda ölkəmizdə radikalizmə qarşı iqtisadi, inzibati və ideoloji müstəvidə mübarizə aparılır və bu sahədə çox mühüm irəliləyiş əldə olunub.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran M.Qurbanlı vurğulayıb ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, dini ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir nümunə, bir çağırışdır.

Səfir K.M.Krofts ölkəsi ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mühitinin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çalışacağını deyib.

Azərbaycanda olduğu müddətdə müxtəlif bölgələrimizə səfər etdiyini bildirən qonaq ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu qeyd edib. O bildirib ki, bu mühit digər ölkələr üçün  örnək olmalıdır.

Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı səfir K.M.Kroftsa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

1news.az

 

Paylaş:
808

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər