Tramp: İran odla oynayır | 1news.az | Xəbərlər
Dünya

Tramp: İran odla oynayır

17:34 - 03 / 02 / 2017
Tramp: İran odla oynayır

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.

Bu barədə D.Tramp özünün "Twitter" səhifəsində aşağıdakıları yazıb:

"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc" adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib

APA

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər