Nairlik qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumatı təkzib edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nairlik qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumatı təkzib edib - FOTO

12:38 - 04 / 02 / 2017
Nairlik qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumatı təkzib edib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumatla əlaqədar rəsmi açıqlama yayıb.

1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumat təsdiqini tapmayıb.

Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən olunub.

Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda iki rəqəmli yanalma nömrəsi yazılıb. Araşdırma zamanı Nazirliyin mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları olan “Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt “Lənkəran Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş 18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini bildirib.

Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar 2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də, ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

ETSN qeyri-obyektiv məlumatların, yeri, çəkilmə tarixi dəqiqləşdirilməyən fotoşəkillərin sosial şəbəkələrdə yayılmasını qərəzli və məqsədli hesab edir, bunu ictimai fikrin çaşdırılması və saxta yollarla ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirir.

1news.az

Qayıqların 6 il əvvəlki nömrəsi

Qayıqların hazırki nömrəsi

Paylaş:
1747

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər