Tramp Poroşenkoya zəng etdi | 1news.az | Xəbərlər
Dünya

Tramp Poroşenkoya zəng etdi

13:15 - 05 / 02 / 2017
Tramp Poroşenkoya zəng etdi

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Pyotr Poroşenko ilə yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin prezidentlərin telefon danışığına dair məlumatında bildirilir.

Ağ Ev keçirilmiş danışıqların “çox müsbət” olduğunu qeyd edib.

Telefon danışığı yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 02:00-da) baş tutub. Danışığın müddəti və təfərrüatları barədə məlumat verilmir.

Poroşenkonun ABŞ-a rəsmi səfərinin tarixi müəyyənləşdirilir.

1news.az

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər