Universitetə imtahan verən qızın başına əmisi qızı oyun açıb
Türkiyədə ali məktəbə imtahan verən qız qəribə hadisə ilə üzləşib.
1news.az lent.az-a istinadən xəbər verir ki, Mersində Anamur litseyində təhsil alan Irmak Uysal imtahanlardan 357 bal yığıb və riyaziyyat müəllimliyi üzrə təhsil verən 5 universiteti seçib.
Həmin balla ən pis halda Artvin Universitetinə qəbul olmağı fikirləşən gənc qız gözlənilmədən Van Universitetinə və seçmədiyi fakültəyə düşüb.
O, məsələ ilə bağlı məhkəməyə müraciət edib. İP ünvanları vasitəsi ilə elektron yazışma və müdaxilələrin incələnməsi zamanı məlum olub ki, Irmak Uysalın universitet seçimlərinə müdaxilə edilib. Bəlli olub ki, əmisi qızı Cansu S. onun kodunu öyrənib və bu kodla internetə daxil olaraq onun universitet seçiminə müdaxilə edib.
I.Uysal məhkəmədən xahiş edib ki, onu seçdiyi və balına uyğun olaraq öz seçdiyi universitetə köçürsün.
1news.az