Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb - FOTO

13:14 - 06 / 02 / 2017
Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb - FOTO

Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin “Evə Aparan Beş Yol” (“Five Roads Back Home”) adlı fotosərgisinin açılışı olub.

1news.az Trend-ə istinadən xəbər verir ki, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən, “Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil edilib.

Filip Ratmer beynəlxalq moda, həyat tərzi və reklam sahəsində nüfuz qazanmış fotoqrafdır. O, Ledi Qaqa, Kristof Voltz, Culyetta Lyuis, Jogi Lou, Luçiano Pavarotti, Daniel Brül, Vanessa Me, Jay-Z, Mixael Şumaxer kimi məşhurların eksklüziv fotoşəkillərinin müəllifidir. Onun fotoşəkilləri xüsusi işıq effektləri və hər bir şəxsin mahiyyətini tuta bilmək bacarığına görə fərqlənir.

Onun fotoqrafiya sənətinə fərqli yanaşması Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə təşkil edilmiş “Evə Aparan Beş Yol” layihəsi bir nümunədir. Bu seriyada məcburi köçkünlərin 50 fotosu təqdim olunur. Fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.

Bu fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi”.

1news.az

Paylaş:
584

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər