Bakı Nəqliyyat Agentliyi 20 Yanvar dairəsində nəqliyyatın rahat hərəkəti üçün təkliflər hazırlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Nəqliyyat Agentliyi 20 Yanvar dairəsində nəqliyyatın rahat hərəkəti üçün təkliflər hazırlayıb

17:16 - 06 / 02 / 2017
Bakı Nəqliyyat Agentliyi 20 Yanvar dairəsində nəqliyyatın rahat hərəkəti üçün təkliflər hazırlayıb

Bakı Nəqliyyat Agentliyi 20 Yanvar dairəsində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti üçün təkliflər hazırlayıb.

1news.az-ın məlumatına görə, bunu Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə hesablanan daha bir layihəsi uğurla həyata keçirilir:

“Söhbət 20 Yanvar dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı təkliflərin reallaşdırılmasından gedir. Təkliflər hazırlanarkən Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə kompleks araşdırma aparıb, nəqliyyat axını hərtərəfli təhlil edilib”.

M.Ağayevin sözlərinə görə, layihə çərçivəsində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 Yanvar dairəsində müəyyən edilmiş yerlərə işıqforların qoyulmasını təmin edib. Bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan təkliflərə dairədə nəqliyyat axınının işıqfor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi, Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması, Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi daxildir.

M.Ağayev qeyd edib ki, həmçinin Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi nəzərdə tutulub. Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi və Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva propsketindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirilməsi verilən təkliflər sırasındadır.

1news.az

 

Paylaş:
634

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər