Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 763 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 763 nəfər saxlanılıb

12:54 - 06 / 02 / 2017
Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 763 nəfər saxlanılıb

Türkiyənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 763 nəfər saxlanılıb.

Fevralın 5-də keçirilən əməliyyatlar zamanı terror təşkilatına aid xeyli sayda sənəd, rəqəmsal materiallar, iki tapança, dörd avtomat silah, 372 patron götürülüb.

Türkiyə Baş Polis İdarəsinin əməliyyatlarla bağlı yaydığı məlumatda İŞİD-in növbəti terror aktları hazırlığında olduğu, yeni üzvlərin cəlb edilməsi ilə bağlı təbliğat və təşviqat işlərini gücləndirdiyi, xüsusilə Türkiyəni öz hücumlarının əsas hədəfi olaraq müəyyənləşdirdiyi bildirilib.

Məlumatda, həmçinin İŞİD-ə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.

Anadolu

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər