Nazirlik: Bir neçə iri palçıq vulkanının aktivləşmə ehtimalı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bir neçə iri palçıq vulkanının aktivləşmə ehtimalı artıb

13:11 - 07 / 02 / 2017
Nazirlik: Bir neçə iri palçıq vulkanının aktivləşmə ehtimalı artıb

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 6-da saat 13:00 radələrində Otman-Bozdağ palçıq vulkanında baş verən güclü püskürmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Nazirlikdən bildiriblər ki, yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da var ki, onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.

Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.

1news.az

Mövzu ilə əlaqədar:

Bakıda vulkan püskürüb – FOTO – VİDEO

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər