Baba səhvən 7 yaşlı nəvəsini tüfənglə vurub - uşağın ayağı amputasiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baba səhvən 7 yaşlı nəvəsini tüfənglə vurub - uşağın ayağı amputasiya edilib

13:17 - 07 / 02 / 2017
Baba səhvən 7 yaşlı nəvəsini tüfənglə vurub - uşağın ayağı amputasiya edilib

Qazaxda babanın ehtiyatsızlığı faciəyə səbəb olub.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər