Necati Şaşmaz haqda açılan cinayət işinə xitam verildi | 1news.az | Xəbərlər
Dünya

Necati Şaşmaz haqda açılan cinayət işinə xitam verildi

21:47 - 07 / 02 / 2017
Necati Şaşmaz haqda açılan cinayət işinə xitam verildi

"Kurtlar  Vadisi" serialının aktyorları, "Pana film" əməkdaşları Necati  Şaşmaz və Mehmet Canpolat haqqında başladılan cinayət işinə xitam verilib.

1news.az lent.az-a istinadən xəbər verir ki, qərara əsasən, ssenaridə qəhrəmanların paralel dövlət qurumağa dair fikirləri təbliğ etməsi və terror təşkilatı ilə əlaqələrinin təsdiqlənmədiyi bildirilib.

Qeyd edək ki, Türkiyədə ötən il iyunun 15-də hərbi çevriliş cəhdindən sonra "Pana Film" şirkətinin "Kurtlar Vadisi - Darbe" filminin müəllif hüququnu aldığı ortaya çıxmışdı. Bunun ardınca Necati Şaşmaz  və Mehmet Canpolat haqqında  filmin ssenarisində paralel dövlət qurulması fikirlərini təbliğ etdiyi və FETO terror təşkilatına üzv olduğu ittihamı ilə istintaq başladılmışdı.

1news.az

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər