Fransada Atom Elektrik Stansiyasında partlayış baş verib | 1news.az | Xəbərlər
Dünya

Fransada Atom Elektrik Stansiyasında partlayış baş verib

1news Redaksiyası15:26 - 09 / 02 / 2017
Fransada Atom Elektrik Stansiyasında partlayış baş verib

Fransanın şimal-qərbində “Flamanvil” atom elektrik stansiyasının maşın zalında partlayış baş verib.

Ouest France qəzetinin yaydığı məlumata görə, ətraf mühitə radioaktiv maddələrin atılması təhlükəsi yoxdur. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri gəliblər.

Partlayış yerli vaxtla saat 10.00 radələrində (Bakı vaxtı ilə 13.00) qeydə alınıb.

RİA Novosti

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər