Ali təhsil müəssisələrində hazırlıq fakültələri təşkil edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələrində hazırlıq fakültələri təşkil edilə bilər

17:58 - 09 / 02 / 2017
Ali təhsil müəssisələrində hazırlıq fakültələri təşkil edilə bilər

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ölkəmizin ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Təhsil Nazirliyi Nazirlər Kabinetinin qarşısında təkliflə çıxış edib.

1news.az-ın məlumatına görə, qeyd olunan təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduğu təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq. Bunlar hansılardır? Bu sualla Təhsil Nazirliyinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq Təhsil Nazirliyindən bildirdilər ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra ixtisaslar üzrə boş qalan yerlərə müvafiq olaraq aparıla bilər.

Hazırlıq fakültələrinə qəbul müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilə bilər. Bu fakültələrdə təhsil yalnız ödənişli əsaslarla aparıla bilər.

Burada təhsil alan tələbələrə seçdikləri ixtisas qrupu üzrə qəbul zamanı nəzərdə tutulan fənlərlə yanaşı, həmin ixtisasın tədris planına daxil olan bir sıra fənlər də tədris oluna bilər.

Tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirə bilər.

Hazırlıq fakültələri əsasən, özəl, eləcə də regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər.

Hazırlıq fakültələri yaradıldığı təqdirdə bütün ixtisaslara şamil olunmayacaq.

Nazirlikdən bildiriblər ki, hazırlıq fakültələrinin yaradılmasında məqsəd ölkəmizdə ali təhsilə çıxış imkanlarını daha da genişləndirmək, əlyetərliyi təmin etməkdir.

Məsələyə münasibət bildirən professor Firudin Cəlilov hesab edir ki, ali təhsil müəssisələrində hazırlıq fakültələrinin yaradılması gənclərin təhsilə cəlb olunması üçün atılan çox ağıllı adımdır:

“Bunu ancaq dəstəkləmək olar. İkinci bir tərəfdən bu qəbulu asanlaşdıracaq. Ali məktəbə qəbul mexanizmlərinə aparılan dəyişiklikləri ancaq yaxşı addım kimi dəyərləndirmək olar”.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu layihənin ortaya qoyulması çox aktualdır, doğru yanaşmadır:

“Əsas problemlərdən biri yüksək məsrəf sərf etməklə xarici ölkələrə, xüsusi ilə Ukrayna, Türkiyənin hər hansı bir universitetinə üz tutan tələbələr üçün alternativlərini tapmaq lazım idi. Yəni, yerli səviyyədə daha azməsrəfli təhsili əlçatan etmək. Bu layihənin ortaya qoyulması çox aktualdır, doğru yanaşmadır. Lazımi balı toplamayanlar hazırlıq fakültələrində yenidən bu təhsili keçərək, gələcəkdə həmin universitetlərdə ali təhsil almaq imkanı qazanırlar.

Hesab edirəm ki, bu, alternativlərdən nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki başqa ölkələrin büdcəsinə  sərf olunan vəsait yerinə, həm öz ölkəmizə xeyir verərlər, həm də ali təhsil müəssisəsinin maddi-texniki bazasının güclənməsinə kömək edərlər. Daha az xərc çəkərək təhsil ala bilərlər. Çünki, xaricdə yerləşən universitetlərə gedib-gəlmək, qalma şərtləri və sair xeyli məsrəf tələb edir. Düşünürəm ki, məsələnin aktuallığını hər kəs araşdırandan sonra müsbət mənada qəbul edə biləcək”.

Təhsil eksperti Asif Cahangirovun fikrincə, ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkilini regionlarda tətbiq etmək daha yaxşı olar:

“Bilirsiniz ki, bölgələrdə müəyyən ixtisaslar üzrə kadr çatışmazlığı var. Yaxşı olar ki, elə həmin bölgələrdən abituriyentlər cəlb olunsun. Orda oxusunlar, sonra elə öz rayonlarında çalışsınlar. Hesab edirəm ki, çox uğurlu olacaq”.

Təhsil eksperti Şahlar Əsgərov da ali təhsil müəssisələrində hazırlıq fakültələrinin yaradılmasının çox yaxşı fikir olduğunu düşünür:

“Mən həmişə deyirəm ki, gənclərin ali təhsilə yiyələnmələrinin sayını artırmaq lazımdır. İndi tələbə qəbulunda bir az uğur qazanmış məzunlar onlara yaradılan daha bir şəraitdən yararlanaraq, ali təhsil müəssisəsinə qəbul olunacaq. Bu, da çox dəyərlidir. Biz hər zaman gəncliyə dəstək göstərməliyik. Əminəm ki, bu da gəncliyə qayğının təzahür formalarından biridir”.

Təhsil eksperti Kamran Əsədov da qeyd olunan məsələnin kifayət qədər mütərəqqi addım olduğunu bildirib:

“İlk növbədə bunu zəruri edən bir sıra mühüm şərtlər mövcuddur. Hər il xeyli  tələbə öz vəsaitləri hesabına xaricdə təhsil almağa gedirlər. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur. Eyni zamanda ali təhsil müəssisələrinin də inkişaf etməsinə şərait yaratmış olacaq”.

1news.az

Paylaş:
986

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər