Çinə daxil olan xarici vətəndaşların barmaq izləri götürüləcək
Çinə daxil olan xarici vətəndaşlar sərhədi keçərkən onların barmaq izləri götürüləcək. Müvafiq qərar ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən verilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nazirlik daktiloskopiya prosedurundan yalnız 14-70 yaş arası insanların keçəcəyini bildirib. Yeni qayda sərhədi diplomatik pasportla keçən şəxslərə, rəsmi nümayəndə heyətlərinin üzvlərinə, dövlət qulluqçularına, həmçinin ikitərəfli sazişlərdə nəzərdə tutulan digər xüsusi hallara şamil edilməyəcək.
Sinxua agentliyinin məlumatına əsasən, barmaq izlərini toplayan ilk məntəqə fevralın 10-da Şençjen şəhərinin aeroportunda fəaliyyətə başlayacaq. Sonradan bu praktika digər sərhəd-keçid məntəqələrində də tətbiq olunacaq.
1news.az