New Media və Mail.ru Group Bakıda hədəflənən reklam üzrə ustad dərsləri təşkil edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

New Media və Mail.ru Group Bakıda hədəflənən reklam üzrə ustad dərsləri təşkil edib – FOTO – VİDEO

12:50 - 09 / 02 / 2017
New Media və Mail.ru Group Bakıda hədəflənən reklam üzrə ustad dərsləri təşkil edib – FOTO – VİDEO

Fevralın 7-də New Media şirkəti Rusiyanın Mail.ru Group şirkəti ilə birlikdə Bakıda “Hədəflənən reklam üzrə ustad dərsləri” mövzusunda Digital seminar keçirib.

1news.az-ın verdiyi xəbərə görə, seminarda Azərbaycanın bir çox şirkət və təşkilatlarının nümayəndələri iştirak edib. İştirakçılara reklam bazarının peşəkarlarının mühazirələrindən ibarət geniş proqram təklif edilib. Bunlar arasında New Media, myTarget reklam servisinin nümayəndələri də yer alıb.

Belə ki, New Media şirkəti iştirakçıları bazarın son qiymət və əsas trendləri ilə, myTarget isə hədəflənən reklamın trend və alətləri, xüsusiyyət və spesifikasıyla tanış edib.

Mail.Ru Group-un nümayəndələri biznesin irəliləməsi üçün “Odnoklassniki” sosial şəbəkəsindən necə istifadə etmənin yollarından danışıb.

Həmçinin myTarget-dən hədəflənən reklam üzrə ustad dərsləri keçirilib.

Qeyd edək ki, ustad dərslərində iştirak pulsuz idi.

myTarget-in müştərilərlə iş üzrə şöbəsinin rəhbəri Aleksandr Konev 1news.az-a Mail.Ru Group-un Azərbaycanda bu mövzuda seminar keçməsinin səbəblərindən danışıb.

Qeyd edək ki, myTarget – Mail.Ru Group-un reklam platformasıdır. Burada Rusiya və MDB-də ən iri servis və sosial şəbəkə (“VKontakte”, “Odnoklassniki”, “Mail.Ru”) auditoriyası birləşir. A.Konev 2015-ci ildən myTarget-in müştərilərlə iş üzrə şöbəsinin rəhbəridir.

Onun sözlərinə görə, Azərbaycanda Mail.Ru Group layihəsinin isifadəçiləri kifayət qədər çoxdur:

“Misal üçün, Azərbaycanda “Odnoklassniki”in 1,6 milyon, “VKontakte”nin isə 1,1 milyon istifadəçisi var. Beləcə, biznesi ölkənizdə genişləndirmək olar və bu, mümkündür”.

Həmçinin o, qeyd edib ki, Mail.Ru Group seminarın keçirilməsinin təşəbbüskarıdır:

“New Media agentliyi bu məsələdə bizi dəstəklədi. Eləcə də 2017-ci ildən bu şirkət Azərbaycanda Mail.Ru Group-un eksklüziv nümayəndəsidir”.

myTarget-in nümayəndəsinin sözlərinə görə, Digital seminar Azərbaycanda internet-bazar üçün çox faydalıdır:

“Seminarların məqsədi – internet-reklamın yeni alətlərindən bəhs etməkdir. Misal üçün, Azərbaycanın bir çox reklamçıları Facebook kimi sosial şəbəkədən geniş istifadə edir. Onlar digər sosial şəbəkələrdən yayınırlar. Bu, kökündən yanlış bir işdir. Hər bir marketoloq reklamın yayılması üçün bütün imkanlardan istidafə etməyi bilməlidir. Marketoloq bilməlidir ki, hansı şəbəkənin auditoriyası daha genişdir və burada reklam yaymaq daha effektli olar, eləcə də hansında isə daha ucuz başa gəlir.

Misal üçün, bugünkü seminarda qeyd edildi ki, bir şirkətin məqsədli auditoriyasının 40%-i Mail.Ru-nun elektron poçtundan istifadə edir. Buna görə də bunu mənbə kimi istifadə etməmək səmərəsizlikdir”, - A.Konev bildirib.

Azərbaycanda potensial reklamçıların internet-reklam bazarının öyrənilməsində müvafiq araşdırmalardan istifadəsi ilə bağlı suala A.Konev qeyd edib ki, təəssüflər olsun ki, bu istiqamət qlobal tendensiyalardan geri qalır:

“Bu səbəbdən də bunu kütlələrə daxil etmək istəyirik ki, insanlar sosial şəbəkələrdə də reklamdan istifadə etsin. Reklamın köhnə formatları var və onların fəaliyyət hüquqları da var. Bunlardan da istifadə etmək olar. Lakin yenilərini də yaddan çıxarmaq olmaz. Belə ki, sosial şəbəkələrdə nəhəng potensial var. Hər bir biznesmen reklamın yeni trendlərindən də istifadə etməlidir”.

A.Konev daha bir problemin mövcudluğundan bəhs edib: beynəlxalq brendlər Azərbaycanın internet-məkanında geniş reklam olunur. Bunun səbəbi isə - müstəqil göstəricinin olmamasıdır.

New Media şirkətinin rəhbəri Rasim Davudov qeyd edib ki, New Media agentliyi bazar üzrə həmkarları ilə birlikdə müstəqil göstərici buraxmağı planlaşdırır. Göstərici yaranandan sonra beynəlxalq brendlər tərəfindən internet-reklamın etibarlılığı da artacaq. Onlar bunu ala, ölçə və daxili kriteriyalara uyğun deyil, bazarın müəyyən standartlarına görə qiymətləndirə də bilər.

Eləcə də internet-reklamın xarici reklam, radio və televiziya ilə bağlı nəhəng rəqibləri də yaranacaq. İnernet reklamı son dərəcə dəqiqliklə hədəfləyərək onu daha effektli və az xərcli edir.

Digital seminar New Media və Mail.Ru Group-la ilk birgə işdir. Bu il Bakıda digər seminarların keçirilməsi də planlaşdırılır. Burada bir sıra reklam agentlikləri və reklamçılar da iştirak edəcək.

Bundan əlavə, reklam agentlikləri üçün sertifikat proqramları da istifadəyə veriləcək ki, əməkdaşlar burada yalnız nəzəriyyəni bilməyəcək. Reklam şirkətində praktiki iş görməklə onlar KPI (Key Performance Indicator – müəyyən məqsədlərə nail olmaq üçün fəaliyyət və ya uğur göstəricisidir - QEYD) səviyyəsinə yüksələcəklər.

Bu da reklam alətlərində onların biliklərini təsdiqləyəcək. Beləliklə, reklamçılar müvafiq sertifikatlar və attestasiya olunmuş mütəxxəsisləri olan reklam agentliklərinə rahat şəkildə gələ biləcək. Beləcə reklam agentliklərinə etibar da artacaq.

Qeyd edək ki, attestasiyalar pulsuz olacaq.

A. Salayeva

 

Paylaş:
729

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər