Ərəb ovçu-turistləri ölkəmizə gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəb ovçu-turistləri ölkəmizə gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq - FOTO

14:55 - 10 / 02 / 2017
Ərəb ovçu-turistləri ölkəmizə gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq - FOTO

Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarında təhlil edilib.  

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Eyni zamanda, yayılan çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub.   

Nazirlikdən bildiriblər ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.

Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara  5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati  ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.

“Eyni zamanda, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq”- deyə, nazirlikdən bildiriblər.

Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.

ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edir.

1news.az

Paylaş:
2502

Son xəbərlər

Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16
Bütün xəbərlər