Novruz Məmmədov: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
“Rusiya-Azərbaycan əlaqələri möhkəm təməllər üzərindədir”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir:
“Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda bu öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələrin böyük tarixi var. Biz bu illər ərzində, 2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Ora gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli bu hüquq pozuntusudur”.
1news.az