“Həzi Aslanov” stansiyasının eskalatoru təmirə dayanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Həzi Aslanov” stansiyasının eskalatoru təmirə dayanacaq

13:42 - 11 / 02 / 2017
“Həzi Aslanov” stansiyasının eskalatoru təmirə dayanacaq

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

1news.az “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

1news.az

Paylaş:
928

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər