Novruz Məmmədov: “Azərbaycan sabitliyin, təhlükəsizliyin təminatçısı kimi əlindən gələni edir” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Azərbaycan sabitliyin, təhlükəsizliyin təminatçısı kimi əlindən gələni edir”

15:41 - 11 / 02 / 2017
Novruz Məmmədov: “Azərbaycan sabitliyin, təhlükəsizliyin təminatçısı kimi əlindən gələni edir”

“Azərbaycanın bütün beynəlxalq tədbirlərdə, konfranslarda ortaya qoyduğu əsas məsələ ondan ibarətdir ki, bütün proseslərə ədalətli yanaşma nümayiş etdirilməlidir. Bu, bugünkü beynəlxalq proseslərdə çatışmayan məsələdir. Bununla bağlı indiyə kimi gedən proseslərdə lazımi təminat olmadığı üçün dünyada bir gərginlik var, çox ölkədə narahatlıqlar, münaqişələr mövcuddur.  Bu isə dünyada hamı üçün problem yaradır. Bütün bunların həll olunması, proseslərin düzgün qaydada getməsi üçün Azərbaycan müstəqilliyinin ilk illərindən bütün məsələlərdə öz töhfəsini verib”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan kiçik dövlət olsa da, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın təminatçısı kimi əlindən gələni edir:

“Bu çox gözəl bir nümunədir. Bir müsəlman dövləti kimi bu illər ərzində təhlükəsizlik, sabitlik və davamlı inkişafımızı təmin etmişik. Ölkə prezidenti bundan sonra da bunu qətiyyətlə davam etdirməyi ölkə qarşısında vəzifə kimi qarşıya qoyub. Maliyyə böhranı, neftin qiyməti kimi müəyyən çətinliklər ola bilər. Bunlar dünyada gedən proseslərdir və qaçılmazdır. Biz beynəlxalq birliyin bir üzvüyük, lakin mühüm üzvlərdən biriyik. Azərbaycan mühüm geosiyasi mövqedə yerləşdiyi üçün proseslər bizə təsir edir. Azərbaycan prezidentinin apardığı müdrik daxili və xarici siyasət kursu bu problemləri dəf edib Azərbaycanın uğurlu yolunu təmin edir”.

1news.az

Paylaş:
732

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər