Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb | 1news.az | Xəbərlər
Dünya

Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb

12:17 - 11 / 02 / 2017
Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Mindanao adasında hotel və körpü dağılıb, bir çox yaşayış binası və tikililərə ziyan dəyib.

İçməli su və elektrik enerjisinin verilişlərində problemlər yaranıb. Uçuş-enmə zolağında çatlar əmələ gəldyi üçün Suriqao şəhərinin hava limanı bağlanıb.

Ötən axşam Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Talisay şəhərindən 2 km cənub-qərbdə yerləşib.

1news.az

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər