İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb | 1news.az | Xəbərlər
Dünya

İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb

17:15 - 12 / 02 / 2017
İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb

İraqın şərqində yerləşən Diyala əyalətində terror aktı törədilib.

1news.az “Report”a istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi kapitan Həbib əş-Şamrılo bildirib ki, terrorçular "Həşdi Şəbi" könüllülərinin içərisində olduğu maşının yoluna mina basdırıblar.

Partlayıcı qurğu Baakuba şəhərinin şimal-şərqindən İmam Veys rayonuna gedən yolda işə düşüb.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər