Hansı bank kartında komissiya tutulmur?
İstəyirsiniz ki, bankomatdan vəsaitinizi nağdlaşdıranda pulunuzdan bir qəpik də komissiya tutulmasın?
Elə isə Unibank ALBALI PLUS debet kartını tövsiyə edir. Çünki Unibank bankomatlarında ALBALI PLUS debetdən nağdlaşdırma komissiyası 0%-dir. Hazırda kampaniya çərçivəsində cəmi 3 AZN/USD-yə olan ALBALI PLUS debet kartını Unibank filiallarından ala bilərsiniz.
ALBALI PLUS debet kartına sahib olmağın digər üstünlükləri:
- Hər alış-verişdə xərclənən vəsaitin 20%-dək hissə müştərinin kart hesabına geri qayıdacaq;
- Kartda qalan pula illik 6%-dək depozit gəliri hesablanır;
- Debet kartı istəyə görə manat və ya dollar valyutasında sifariş etmək olar;
- Kartın hansı ödəniş sistemində olması müştərinin seçimindən asılıdır;
- Müştəri partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələrdən faydalana bilər.
İndi bu unikal kart, qiymətinə görə də hər kəs üçün daha əlçatandır. Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına yaxınlaşmaqla, sərfəli ALBALI PLUS debet kampaniyasından hər kəs faydalana bilər!
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
ALBALI PLUS - arzuları reallaşdıran kart!
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.
Reklam hüququnda