Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib | 1news.az | Xəbərlər
Dünya

Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib

11:22 - 13 / 02 / 2017
Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib

Türkmənistanda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Demokrat Partiyasının namizədi, hazırki dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov seçiciləri 97,69 faiz səsini toplayaraq üçüncü müddətə prezident seçilib.

Türkmənistan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, seçkilərdə 97,27 faiz seçici fəallığı qeydə alınıb. Ölkədə seçicilərin sayı 3.223.455 nəfər təşkil edib. Seçkilərdə doqquz namizəd mübarizə aparıb.

1news.az

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər