KİV: Kim Çen Inın qardaşı qətlə yetirilib
Kim Çon Nam bazar ertəsi Malayziyada qətlə yetirilib. Mənbə geniş məlumat verməyib.
“TV Chosun” telekanalı adını açıqlamadığı mənbələrə istinadən iddia edib ki, Kim Çon Nam zəhərli iynələri olan iki qadının sui-qəsdi nəticəsində öldürülüb.
Malayziya polisinin “Yonhap”a verdiyi məlumata görə, kimliyi müəyyən edilməmiş Şimali koreyalı Kuala-Lumpur aeroportundan xəstəxanaya gedərkən yolda ölüb. Polis ölənin kimliyinin müəyyən edilmədiyini deyib.
Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.
TASS
633