Pakistanda səhiyyə işçilərinin mitinqində güclü partlayış: 16 nəfər həlak olub, 82-si yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Pakistanda səhiyyə işçilərinin mitinqində güclü partlayış: 16 nəfər həlak olub, 82-si yaralanıb

10:50 - 14 / 02 / 2017
Pakistanda səhiyyə işçilərinin mitinqində güclü partlayış: 16 nəfər həlak olub, 82-si yaralanıb

Fevralın 13-də axşam Pakistanın Laxor şəhərində, Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında səhiyyə işçilərinin mitinqində baş verən güclü partlayış nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.

Həlak olan 16 nəfərin arasında Laxor şəhər polisinin yüksək rütbəli əməkdaşlarının da olduğu bildirilir.

Dərmanların satışında yeni düzəlişlərin qəbulu ilə əlaqədar keçirilən etiraz aksiyası zamanı bir minik maşını yandırılıb.Şahidlərin bildirdiyinə görə, motosikldə olan terrorçu özünü maşına çırpıb və partlayış baş verib.

Hadisəyə görə məsuliyyəti regonda fəaliyyət göstərən “Taliban-Camaat-ur-Axror” qruplaşması öz üzərinə götürüb.

Laxorda və İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib.

Lenta.ru

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər