Avstriyada Adolf Hitlerin oxşarı həbs edilib | 1news.az | Xəbərlər
Dünya

Avstriyada Adolf Hitlerin oxşarı həbs edilib

23:19 - 14 / 02 / 2017
Avstriyada Adolf Hitlerin oxşarı həbs edilib

Avstriyanın Yuxarı Avstriya federal əyalətində Adolf Hitlerin oxşarı olan 25 yaşlı gənc həbs edilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, saç düzümü, biği və geyim stili ilə nasizm ideyasının banisi, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri, 1933-1945-ci illərdə III Reyxin reyxskansleri və prezidenti Adolf Hitleri yamsılayan gənc Vyana və Qrats şəhərlərində, eləcə də A.Hitlerin doğulduğu Braunau am İnn qəsəbəsində dəfələrlə diqqəti cəlb edib.

Özünü Harald Hitler kimi təqdim edən gəncin həbs olunmasına səbəb ictimai yerlərdə nasist geyimində görünməyi və Adolf Hitlerin hərəkətlərini imitasiya etməsi olub. 1947-ci ildə Avstriyada qəbul edilmiş Konstitusiya Qanununa əsasən, Alman Nasional Sosialist Fəhlə Partiyasının fəaliyyəti qadağan olunmaqla yanaşı, holokaustun danılması və nasizm ideologiyası üçün təbliğatın aparılması da cinayət məsuliyyəti yaradır.

Həbs olunarkən polisə heç bir müqavimət göstərməyən incəsənət tələbəsinin həqiqətən də qadağan haqqında qanunun müddəalarını pozması araşdırılacaqdır.

Cinayət hüququ üzrə professor Helmut Fuks məsələni mətbuat üçün şərh edərək bildirib ki, nasizmin açıq təbliğatı ilə yanaşı, dolayısı ilə rəğbətoyadıcı fəaliyyət və incəsənət məqsədilə karikatura və sarkastik yaradıcılıq həmin qanunda öz dəqiq tövsifini tapıb. Sətiraltı və üstüörtülü təbliğatın aparıldığı fəaliyyətin incəsənətə heç bir aidiyyəti olmadığını bildirən hüquqşünas həmin qanunda bu əməlləri törədən şəxslərə on ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğunu bildirib.

1news.az

Paylaş:
714

Sizin üçün xəbərlər

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər